Reklam verin!
 Media Mafia : MEDYANIN NƏ YAZDIĞINI YOX NİYƏ YAZDIĞINI ÖYRƏNİN...

Navigation


RSS: Yazılar



Professor Lütfuzadə Azərbaycanlı dünya şöhrətli alimimiz....

İyul 12, 2008 4:06, ŞƏXSİYYƏTLƏR OXUYUN VƏ ÖRNƏK ALIN !, Media Mafia , Şərhlər(3)

Lütfi Zadə (1921 - ), (İngiliscə: Lotfi Zadeh) böyük azərbaycan əsillı alim. Amerikada yaşayan Lütfi Zadə qeyri-səlis məntiqin(Fuzzy Logic) atası hesab olunur.

Lütfi Zadə - Lütfi Rəhim oğlu Ələsgərzadə idi. Artıq xeyli vaxtdır ki, bu dahi şəxsiyyətin adı dünya elminin nəhəngləri - İsaak Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal və başqaları ilə bir sırada çəkilir.

L. Professor Lütfi Ələsgərzadə və yaxud dünyada Lüfti Zadə adı ilə tanınan 4 Fevral 1921-ci ildə Bakıda, Rəhim Ələsgərzadənin ailəsində anadan olmuşdur. O, dünyaya göz açan dövrlər çox təzadlı və ziddiyyətli idi. Öz intibahına qədim qoymuş Azərbaycanda köhnəliklə yeniliyin səngiməyən mübarizəsi gedirdi.

Davamı...

Baxış sayı: 144
Açar sözlər:
Bookmark and Share

Mukemmel Aile bashcisi olmaq ucun bunlari bilmek lazimdir.

İyul 6, 2008 22:07, DOSTLARIMIN YAZILARI, Media Mafia , Şərhlər(0)

1. Evə döndüyünüz zaman ilk öncə onu qucaqlayın daha sonra işlə məşqul olun.
2. Günün necə keçdiyini soruşun, bir necə müəyyən suallar verin.
3. Qulaq asmağa və sual verməyi öyrənin.


Davamı...

Baxış sayı: 67
Açar sözlər:
Bookmark and Share

FİLOSOF FƏZLÜLLAH NƏİMİ (FƏZL)

İyul 1, 2008 10:01, ŞƏXSİYYƏTLƏR OXUYUN VƏ ÖRNƏK ALIN !, Media Mafia , Şərhlər(0)

Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Təbrizi (Fəzl) dini-fəlsəfi bid'ətçi cərəyan olan hürufiliyin banisi və Azərbaycanın ən nəhəng su-filərindən biridir. Hürufilik Fəzl tərəfindən Azərbaycanda XIV əsrin sonlarında bərqərar olur və buradan Türkiyə, İran, İraq, Suriya və müsəlman Şərqinin digər ölkələrinə yayılır. Bu tə'lim türk xalqları içində daha artıq rəqbət doğurmuşdu. Şəmsəddin Məhəmməd ibn Əbd-ür-Rəhman Söhavinin (XV əsr) "IX əsrin parlaq şəxsiyyətləri" adlı kitabında oxuyuruq: " Adı Əbd-ür-Rəhman olan Nizami Əbu-əl-Fəzl Astrabadi Əcəmi həddən artıq savadlı bir adam idi, nəzm və nəsr sahələrindən yaxşı baş çıxarırdı, Gilan, Səmərqənd və başqa şəhərlərdə ondan ötrü məxsusi qurulan məclislərdə iştirak edirdi. Hürufilər zahidlər kimi həyat keçirir, başlarına ağ keçə papaq qoyurdular. Geniş yayılmış və çoxlu tərəfdar tomlamış bu təriqət öz küfrü ilə cığatayların və başqa qeyri-ərəb xalqlarının əksər qismini zəhərləmişdi."

Davamı...

Baxış sayı: 56
Açar sözlər:
Bookmark and Share

Siyasətci HİNDUŞAH İBN SƏNCƏR NAXÇIVANİ

İyul 1, 2008 9:58, ŞƏXSİYYƏTLƏR OXUYUN VƏ ÖRNƏK ALIN !, Media Mafia , Şərhlər(0)

Görkəmli alim, ictimai-siyasi xadim və tərcüməçi Fəxr əd-Din Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani XIII əsrin sonlarında (vəf. 1328) Gilan (indiki Xarabagilan) şəhərində sayılıb-seçilən ailələrin birində doğulmuşdur. Bu ailə Azərbaycana bir çox görkəmli şəxslər vermişdir ki, onlar da özlərinin Naxçıvandan çıxdıqlarını bildirməkdən ötrü "Naxçıvani " adını daşımışlar.

Davamı...

Baxış sayı: 93
Açar sözlər:
Bookmark and Share

MEMAR ƏCƏMİ NAXCIVANİ

İyul 1, 2008 9:56, ŞƏXSİYYƏTLƏR OXUYUN VƏ ÖRNƏK ALIN !, Media Mafia , Şərhlər(1)

XI və XII əsrlər - Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə yaşayıb-yaratmış dahi şəxsiyyətlərin bolluğu da adamı heyrətə gətirir: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Ni-zami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbu-Bəkr Gəncəvi, Məhsəti Gəncəvi və başqaları...

     Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi me'marı kimi şöhrət qazanmışdır.

Davamı...

Baxış sayı: 80
Açar sözlər:
Bookmark and Share

Sədərəkə yol Cəkilir?

İyul 1, 2008 9:49, SƏDƏRƏKDƏN XƏBƏR AL, Media Mafia , Şərhlər(0)

Naxзıvan - Sədərək avtomobil yolu yenidən qurulur
| 20.03.2008 |

Naxзıvan-Sədərək magistral yolu yenidən qurulur.
Ən qabaqcıl texnologiya əsasında зəkilən yolun eni 21 metr, uzunluğu isə 88 kilometrdir. "Gəmiqaya" MMC-nin inşa etdiyi yolun yenidən qurulmasına bu ilin fevralında başlanmışdır. Qısa mьddətdə 3 kilometr məsafədə torpaq işləri aparılmış, yol yatağı salınmışdır. Tikinti işlərinə 100-dən зox texnika cəlb olunmuşdur. Yolda eyni vaxtda 4 avtomobil hərəkət edə biləcəkdir.
Naxзıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yenidənqurma işlərinin gedişi ilə tanış olmaq ьзьn ərazidə olmuşdur.
Ali Məclisin sədri yol yatağının layihəyə uyğun şəkildə saxlanılması və digər məsələlər barədə tapşırıqlar vermişdir.

Baxış sayı: 58
Açar sözlər:
Bookmark and Share

YENİ SƏDƏRƏK BAZARI

İyul 1, 2008 9:30, SƏDƏRƏKDƏN XƏBƏR AL, Media Mafia , Şərhlər(0)

"Yeni Sədərək" - sosial inkişafın yeni məkanı

çap versiyası

Lökbatanda "Qurd qapısı" yaxınlığında MDB-də analoqu olmayan ticarət, sağlamlıq, əyləncə və yaşayış kompleksi tikilir

Son illər ölkəmizdə geniş tikinti-quruculuq işlərinə start verilib. Prezident İlham Əliyevin rəhbərliyi altında bölgələrin sosial-iqtisadi inkişafı və digər dövlət proqramları çərçivəsində aparılan tikinti-quruculuq işləri daha da sürətlənib. Azərbaycanın hər yerində - paytaxt Bakıda, bölgələrdə dünya standartlarına uyğun yaraşıqlı yaşayış binaları, təhsil, səhiyyə və istehsal müəssisələri, sağlamlıq və əyləncə mərkəzləri tikilib istifadəyə verilir. Getdikcə gözəlləşən paytaxtımızda, regionlarda ərsəyə gətirilən sosial obyektlər və həyata keçirilən infrastruktur layihələr hər bir vətəndaşda xoş ovqat yaradır.

Davamı...

Baxış sayı: 85
Açar sözlər:
Bookmark and Share

VƏTƏN SƏDƏRƏK...

İyul 1, 2008 9:26, SƏDƏRƏK DÖYÜŞLƏRİ VƏ ŞƏHİTLƏRİMİZ, Media Mafia , Şərhlər(0)

Heç kəs unudulmur, heç nə yaddan çıxmır

Vətən cəsur, qeyrətli, hünərli, qorxmaz, mərd övladlarının çiyinləri üstündə qərar tutur, güclü, qüdrətli, basılmaz olur. 1988-ci ildən başlayaraq məkrli erməni daşnaklarının Azərbaycana təcavüzü, torpaq iddiası, bədnam Dağlıq Qarabağ müharibəsi, toqquşmalar, qırğınlar, soyqırımları, 1990-cı il yanvarın 20-də sovet əsgərlərinin Bakıya hücumu zamanı törədilən qanlı olaylar, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin ermənilər tərəfindən yerlə-yeksan edilərək xəritədən silinməsi, Naxçıvan Muxtar Respublikasına silahlı basqınlar azəri türklərinin fəlakətlərlə, faciələrlə üzləşməsi deyilmi?
1990-cı il yanvarın 19-da Bakıya ordu yeridilməsi ilə eyni gündə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinə silahlı saqqallıların güclü hücuma keçmələrini necə unutmaq olar? Yalnız belə bir faktı qeyd etməliyik ki, 1990-cı ildən 1993-cü ilədək erməni silahlı qüvvələri Sərədək kəndinə 14 dəfə basqın etmiş, kəndi və keşikçi postlarını top, raket və minamyot atəşinə tutmuşlar. Bu hücumlar zamanı muxtar respublikanın bütün rayonlarından qorxmaz, qeyrətli oğullar Sədərək kəndinin müdafiəsinə gəlmiş, erməni banditlərinə qarşı mərdliklə vuruşmuşlar. 1990-cı il yanvarın 19-dakı qanlı toqquşmalarda naxçıvanlılardan şəhidlik zirvəsinə ucalanlar, həlak olanlar, yaralananlar da az deyil

Davamı...

Baxış sayı: 56
Açar sözlər:
Bookmark and Share

Sədərək Rayonu haqqında informasiyalar

İyul 1, 2008 9:18, SƏDƏRƏKDƏN XƏBƏR AL, Media Mafia , Şərhlər(0)

Sədərək şəhəri

Ərazisi0,15 min. kv. km
Əhalisi12400 nəfər
Nə ilə getmək olarAvtobusla - Naxçıvan – Sədərək

Davamı...

Baxış sayı: 70
Açar sözlər:
Bookmark and Share

NAXCIVANIM

İyul 1, 2008 8:59, DOSTLARIMIN YAZILARI, Media Mafia , Şərhlər(0)

Naxçıvan Muxtar Respublikası

      1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı  illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən Naxçıvan Muxtar Respublikası adlanır. Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə və cənubda Türkiyə (11 km) və İran İslam Respublikası (204 km) ilə həmsərhəddir.

           Muxtar  Respublika ərazisinin sahəsi 5,5 min km2 Əhalisi 365 min nəfərdir, 7 inzibati rayonu (Babək, Kəngərli, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur), 5 şəhər, 7 qəsəbə, 208 kəndi  vardır.

            Paytaxtı Naxçıvan şəhəridir.             

Davamı...

Baxış sayı: 82
Açar sözlər:
Bookmark and Share



  Yazılar cəmi: 10   


Blog Haqqında

Media Mafia

Bu Virtual Pəncərədən Dünyaya, Azərbaycana baxacaqsız. Fikirlərimi sizlərlə sadəcə bu adresdə bölüşəcəm. Hörmətlə Eltən İdrisoğlu

Mənimlə Canlı Əlaqə: MSN media.mafia@hotmail.com


Bölmələr


Archive


Qabaqki yazılar


Keçidlər



Sorğu


Açar sözlər


Sayqaç


Müxtəlif