Reklam verin!
Yuma Ailə Jurnalı
 Media Mafia : Dostum ve Hormet elediyim bir Jurnalist dostumdan maraqli bir yazi:)

Navigation


RSS: Yazılar



Dostum ve Hormet elediyim bir Jurnalist dostumdan maraqli bir yazi:)

Yanvar 29, 2008 5:20, DOSTLARIMIN YAZILARI, Media Mafia , Şərhlər(0)

Gatıq necə bərkidi... və yaxud mətbəxdə maarifçilik... Jurnalistika fakultəsinin tələbələrindən birini diplom işi üçün hansı  mövzunu seçdiyini biləndə, xeyli təəccübləndim. Mövzu belədir, “Tv-lərdə maarifchi verilişlər”. Maraqlıdır, görəsən, bu yazıq uşaq nədən yazacaq? Yox, əlbəttə, nəzəri baxımdan bu mövzuya nəinki diplom işi,  hətta namizədlik dissertasiyası da həsr etmək olar. Amma diplom işini konkret misallar üzərində qurmaq, nəzəri fikirləri nə iləsə illustrasiyalaşdırmaq da lazımdır axı...Bu diplom işinin predmeti nə olacaq, tapa biləcəkmi bizim tvlərdə maarifləndirici veriliş demirəm, heç olmasa bir  detal öz elmi işi üçün? Həmin bu tələbənin düşdüyü müşkül məni elə qayğılandırdı ki, onunçün çıxış yolları axtarmağa başladım ...Və “Evrika!” Tapdım!

Yalan demirlər ki, axtaran tapar.. Var bele verilish! Hətta bir yox, bir neçəsi! Özü də bütün telekanallarımızda! İnanmırsınız? Onların adlarını sadalasam çox yer tutar. Bir kəlmə ilə deyim, biləsiniz - bəli, bəli, bu,  mətbəx verilişləridir.Onlar, məhz onlar gecə - gündüz bizi mətbəx elmindən hali edirlər, maarifləndirirlər, öyrədirlər bilməli olduğumuz ənnn vacib bir sheyi-dadlı(oxu yağlı) yeməklərın bişirilmə qaydalarını. Beləcə, bu ölkədə, ən vacib sahənin kulinariya və aşpazlıq olduğuna  inandırırlar bizləri. Yox, əlbəttə, bu sahənin vacibliyini şübhə altına almaq fikrimiz yoxdur. Sadəcə, cağdaş Azərbaycanda onun bütün diğər elm sahələrindən populyar olduğu göz önündədir. Deyəcəksiniz ki, yeməklərimizin 20 faizinin düşmən tərərfindən mənimsənildiyi, əhalimizin 2 milyondan çoxunun (mən dyərdim-lap çoxunun) dadlı yemək bişirmək və yemək imkanından  məhrum olduğu, bütün münaqişələrin sülh yolu ilə həll edilməsi siyasətinin yürüdüldüyü  bir vaxtda “yemək” elmi , əlbəttə ki, son dərəcə böyük əhəmiyyət kəsb edir. Raziyam. Hətta hərb elmindən daha ğərəklidir xalqımıza bu gün. Odur ki, hərbi mükəlləfiyyət yerinə, kulinar mükəlləffiyyət tətbiq edilsə, əla olardı. Onsuz da o cücəyə oxşayan, arıq, cılız əskərciklərdən heç bir şücaət gözləmək olmaz.  Amma onları iki il ərzində, yaxşıca yedirdib içizdirsək, üstəlik, yemək bişirmək elmini də öyrətsək  düşmənlərimizi tez bir zamanda diz çökdürərlər, cənğ meydanında olmasa da, diplomatik alanda, danışıqlar(oxu-yeyib içməkdə) masası arxasımda. Amma bütün kinayəli sözlərimi bir kənara qoyub çoxsaylı mətbəx verilişlərinin doğurdan da kulinatiya elminə xidmət etdiyini öyrənsək heç də pis olmaz. Görək heç olmasa  olan qalan maarifləndirici verilişlərimiz  nə vəziyyətdədir. Bunun üçün televiziyalarımızda aparlcı mövqe tutan mətbəx verilişlərinin “mətbəxinə ” baş vuraq. Yeri gəlmişkən, məcazi mənada işlətdiyim “mətbəx” sözünün heç yeri deyildi. Çünki həmin söz  artıq yalnız həqiqi mənada işlədilə bilər. Televiziyalarımızın “mətbəxi” elə mətbəxdən ibarətdir. Yaxşı görək  həmin mətbəxlərdə  yemələr necə bişir? Bu sahənin mütəxəssisi Tahir Əmiraslanovdur həmsöhbətim:-Mən bu verilişlərin bizdə belə  vüsət almasını başa düşmürəm. Bir sıra ölkələrdə, Avropada ictimai iaişə elə qurulub ki, evdə deyil, restoran- kafelərdə qidalanmaq daha ucuz başa gəlir. Odur ki, yemək bişirmək əhalinin böyuk əksəriyyəti üçün  maraqlı, hətta deyərdim ki, ekzotik bir məşğələyə çevrilib. Belə ölkələrdə həmin verilişlərin olması izaholunandır. Amma bizdə xörək bişirməyi bacarmayan qadın demək olar ki, yoxdur. İnanmiram ki,  tvlərimizdəki mətbəx verilişləri qadınlarımız üçün maarifləndiricilik, peşəkarlıq baxımından maraqlı olsun. Birdəki, o verilişləırdə yemək bişirənlər özləri peşəkar deyillər. Adi aşpazlardır. Əhaliyə dərs deməkçün onların bu sənətdə ustalıq dərəcəsinin, 20-25 il əmək stajının, çox sayda yetirmələrinin olması vacibdirş. Bizdə heç əksər  restoranlarda mətbəxləri idarə edənlərin aşpazlıq savadı yoxdur, olsun ki, verilişlərdəkilərin. -Özünüz baxırsınızmı bu verilişlərə?-Yox, baxmiram. Əvvəllər maraqçün baxırdım. Bəzən mənə evə zənglər olur ki, Tahir müəllim, bu nə məsələdir, necə dözürsünüz bunlara? Axı  elə bir veriliş yoxdur ki, orda yemək bişirərkən adi texnoıogiya qaydaları pozulmasın. Bilirsiniz, əslində bu verilişlərin məqsədi heç də kulinariya elminə xidmət deyil. Özünü çalışdığı sahədə təsdiq etməmiş insanlar, istər aktyorlar, müğənnilər, istərsə də aşpazlar gəlir ora. Özünüz deyin, ciddi sənətkarın və ciddi mütəxəssisin o qədər vaxti hardandır ki, həftədə bir neçə dəfə 2-3 saatlıq bu verilişlərə qatılsın. Axı sirr deyil ki, həmin verilişlərdə işləməkçün kiçik miqyasda maaş verilir. Yəni qazanc naminə orda iştirak etmirlər.-Belə çıxır ki, orda tək dərman, kosmetika məhsulları deyil, aşagı səviyyəli aktyor, müğənnilər, aşpazlar da reklam olunaraq xalqa sırınır. Baxanda Sizi əsəbiləşdirən və ən çox təkrar olunan səhvlər hansılardır?-Aşpazların geyimindən tutmuş, dequstasiya qaydalarina əməl olunmaması, ümumiyyətlə qidaya dəxli olmayan nələrinsə reklam olunması, yeməklərin texnologiyada nəzərdə tutlmuş vaxta uyğun olmayan bir vaxt ərzində bişirilməsi. Yəni veriliş uzundursa, yemək də verilişin vaxti qədər bişirilir, vəyaxud əksinə.-Necə bilirsiniz, həmin yeməklər yeməli olur?- Texnologiyaya əməl olunamdaığından istər kulinariya baximindan, istərsə də tibbi nöqteyi nəzərdən belə yeməkləri məsləhət görməzdim. Bu da bu. Mənsə diplom işi üçün belə qeyri populyar mövzu seçmiş gələcək həmkarıma kömək edəcəyimi düşünürdüm. Hətta sevinirdim ki, o, tədqiqat obyekti də tapıb-olmayan yerdə, mətbəx verilişləıri də maarifçi veriliş kimi işə yaraya bilərdi. Amma, çifayda... Gördüyünüz kimi, ölkənin baş kulinarı Tahir  Əmiraslanov belə, baş çıxarda bilmədi ki, bu veriliçlər bizə nəyi öyrədir.Günah o tələbənin özündədir. Bilmir ki, bəyəm elm, maarif indi dəbdə deyil?

Amma bütün bunlara baxmayaraq, yazımı bədbin bir ovqatda bitirmək istəməzdim. Özü  də elə indicə aqlıma yeni bir fikir də gəldi: Bəlkə tələbə dostum, Azəri star, Yeni ulduz kimi verilişləri tədqiq etsin? Axi, onlar da maarifçıliklə məşğuldurlar. Deyəsən...Bəlkə də... Oxumaq öyrədirlər gənclərə. Bəs necə, axı xalqın öyrənməli olduğu ikinci vacib məsəslə de elə oxumaqdir? O oxumaq yox ki, Lenin deyirdi. Unudun! O oxumaq ki, “Bəxtiyar” filmindəki Ağabala deyirdi.   

ILHAMIYYƏ

Baxış sayı: 123
Açar sözlər:
Bookmark and Share





Şərh yazın


  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



Blog Haqqında

Media Mafia

Bu Virtual Pəncərədən Dünyaya, Azərbaycana baxacaqsız. Fikirlərimi sizlərlə sadəcə bu adresdə bölüşəcəm. Hörmətlə Eltən İdrisoğlu

Mənimlə Canlı Əlaqə: MSN media.mafia@hotmail.com


Bölmələr


Archive


Qabaqki yazılar


Keçidlər



Sorğu


Açar sözlər


Sayqaç


Müxtəlif